UNEC ilə əməkdaşlıq çərçivəsində Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi HES-SO UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir.

Ali İdarəetmə Məktəbi 2024/2025-ci tədris ilinin yaz semestri üçün (bir semestrlik) mübadilə proqramı təklif edir.

Sənəd qəbulu üçün son tarix: 16 oktyabr 2024-cü il.

İxtisaslar:

  • İqtisadiyyat
  • Menecment
  • Biznesin idarəedilməsi

Mübadilədə iştirak edə bilərlər:

  • Ən azı B2 fransız dili səviyyəsində danışa bilən bakalavriat və B2 ingilis dilli magistratura səviyyəsində təhsil alan UNEC tələbələri.

Tələb olunan sənədlər:

  • CV
  • Transkript (ÜOMG 80-dən yuxarı)
  • Motivasiya məktubu (bakalavr tələbələri üçün fransız, magistr tələbələri üçün ingilis dilində)
  • Pasport (olmadığı təqdirdə şəxsiyyət vəsiqəsi)
  • Dil sertifikatı (əgər varsa, bakalavr tələbələri üçün fransız dili sertifikatı, magistr tələbələri üçün ingilis dili sertifikatı və ya UNEC-də ingilis dilində tədris haqqında arayış)

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).

Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin adı - «HES-SO» yazılmalıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay