UNEC İnklüziv təhsil mərkəzinin 10 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin ad günü münasibətilə 1-25 Aprel 2025-ci il tarixləri arasında esse müsabiqəsi təşkil ediləcək.
Müsabiqəyə yalnız Azərbaycan universitetlərində təhsil alan tələbələr qatıla bilərlər.
İştirakçı yazıya başlamazdan əvvəl Adını, Soyadını, təhsil aldığı universitetini, fakültəsini və ixtisasını yazmalıdır.
Müsabiqənin tələbləri isə ondan ibarətdir ki, müsabiqə mövzuları əvvəlcədən müəyyən ediləcək və iştirakçılar bu mövzular üzrə esse yazmalıdırlar.
Yazılar Times New Roman şriftində, 12 ölçüdə və maksimum 2000 söz olmalıdır.
İştirakçılar yazılarını qeyd olunan tarixədək bu emailə göndərməlidirlər:
Müsabiqənin qiymətləndirilməsi xüsusi komissiya tərəfindən aparılacaqdır. Qiymətləndirmə üç əsas meyara əsaslanacaq:
- Mövzuya uyğunluq:Yazının seçilən mövzuya nə qədər uyğun olması vacibdir.
- Orjinallıq və yaradıcı yanaşma: Fikirlərin və yanaşmaların nə qədər orijinal olmasıönəmlidir.
- Dil və üslub: Yazı dilinin düzgünlüyü, səlisliyi və üslubunun keyfiyyətivacibdir.
Müsabiqənin nəticələrinə əsasən, I, II və III yerlər müəyyən ediləcək və qaliblərə xüsusi mükafatlar təqdim ediləcəkdir.
Müsabiqənin əsas məqsədi tələbələrin yazılı nitq qabiliyyətlərini inkişaf etdirmək, yaradıcılıq bacarıqlarını artırmaq və fikirlərini səlis və aydın şəkildə ifadə etmələrinə dəstək olmaqdır.
Mövzular:
- Heydər Əliyevin təhsil siyasətində əlilliyi olan gənclərə yönəlik İnklüziv təhsil proqramlarının yaradılması.
- Heydər Əliyevin əmək siyasəti və əlilliyi olan gənclərin məşğulluğu.
- Əlilliyi olan gənclər üçün əlçatan mühit yaradaraq şəhər dizaynın rolu.
- Əlilliyi olan insanların həyat keyfiyyətini artırmaq üçün İnnovasiyalar.
- Əlilliyi olan gənclər üçün ağıllı texnologiyaların yaradılması və onların gündəlik həyata təsiri.
Məqalələrinizi This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-mailə göndərə bilərsiniz.
Məqalələrin qəbulu üçün Son tarix: 25 aprel 2025-ci il