A

“UNEC istedadları” layihəsinin növbəti qəhrəmanı Texnoloğiya və dizayn fakültəsinin I kurs tələbəsi Elnur Əliyevdir.

Elnur Əliyev 1995-ci il fevralın 2-də Bakıda anadan olub. Orta təhsilini 297 saylı məktəbdə alıb. 5 yaşından rəsm çəkməyə başlayan Elnurda rəssamlığa maraq zamanla artmağa başlayıb. Gələcəkdə dünyaca məşhur rəssam və dizayner olmağı qarısına məqsəd qoyan Elnur bu sənəti daha mükəmməl öyrənmək üçün UNEC-in Texnologiya və dizayn fakültəsinə daxil olub. Hazırda universitetdə dizayn ixtisası üzrə təhsil alan UNEC istedadı natürmort və təbiət mənzərələri təsvirlərinə üstünlük verir. O, bos vaxtlarını rəsm çəkməklə məşğul olur. Elnur Əliyev rəsmlərində qələm, akvarel və quaş boyalardan istifadə edir.

TOP XƏBƏRLƏR