Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin təşəbbüsü ilə ABŞ Səfirliyinin “İcma Quruculuğu Təşəbbüsləri” proqramı haqqında UNEC-in akademik və inzibati heyəti ilə görüş keçirilib.
Görüş çərçivəsində Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov proqram haqqında ilkin məlumatları, şərtləri əhatə edən təqdimatla çıxış edib.
Rauf Məmmədov iştirakçılara ortaq məqsədlərə nail ola bilmək üçün birlikdə işləyən güclü və vahid komandalar yaratmağın zəruri məqamları haqqına məlumat vermişdir. Sonra iştirakçılara onların yazmaq istədikləri mövzular haqqında suallar verilib və geniş diskussiyalar aparılıb.
“İcma Quruculuğu Təşəbbüsləri” proqramı çərçivəsində Layihələrin idarə olunması şöbəsi proqramın yekun tairixinə qədər bir sıra görüşlər keçirərək, UNEC-in inzibati və akademik heyətini bu proqramda layihə yazmağa təşviq etməyi, layihə yazılarkən iştİrakçıların üzləşdiyi çətinliklərdə köməklik göstərməyi və onlar haqqında rəy verməyi planlaşdırır.