A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda növbəti master-klas keçirilib.

Tədbirdə UNEC əməkdaşları, doktorant və tədqiqatçıları ilə yanaşı ölkənin müxtəlif ali təhsil müəssisələrinin, dövlət və özəl qurumların nümayəndələri, elm ictimaiyyəti də iştirak edib.

Tədbiri giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədbirin məruzəçisi, UNEC Empirik Tədqiqatlar Mərkəzinin və Polşanın Vistula Universitetinin tədqiqatçısı dosent Şəhriyar Muxtarovun elmi fəaliyyəti barədə ətraflı məlumat verib, keçirilən seminarın tədbir iştirakçıları üçün faydalı olacağını bildirib.

Nüfuzlu elmi jurnallarda keyfiyyətli məqalələrin hazırlanması meyarları ilə bağlı təcrübələrini iştirakçılarla bölüşən Ş.Muxtarov bildirib ki, elmi məqalələrin hazırlanması və nüfuzlu elmi jurnallara təqdim edilməsi müəyyən qaydalara riayət etməyi tələb edir ki, bu da elmi əsərin ciddi məntiqi plan üzrə yazılmasını vacib edir. Elmi məqalələrin strukturu və məzmunu, dili və üslubuna dair tələblərdən danışan məruzəçi bildirib ki, hətta ən mükəmməl tədqiqat işi belə tələblərə uyğun hazırlanmazsa onun beynəlxalq indeksli jurnallarda nəşr olunması qeyri-mümkün ola bilər.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşıanlıb, məruzəçi tərəfindən iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

 Tədbir UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayınlanıb.

Seminarı izləmək üçün https://fb.watch/jKoofo6sCt/ linkinə keçid edə bilərsiniz.

TOP XƏBƏRLƏR