“Maliyyə və audit” kafedrasının təşəbbüsü ilə UNEC və “AzRe Təkrarsığorta” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb.
UNEC rektoru professor Ədalət Muradov və “AzRe Təkrarsığorta”nın İdarə Heyətinin sədri Vüsal Abbasov arasında imzalanan əməkdaşlıq müqaviləsi “Azərbaycan milli təkrar sığorta bazarının empirik tədqiqi əsasında sığorta sektoru ilə iqtisadi artım arasında konteqrasion yanaşma əlaqələrinin qiymətləndirilməsi və əldə olunan nəticələrin tətbiqi perspektivləri” mövzusunda elmi-tədqiqat işinin yerinə yetirilməsi istiqamətində olub.
Bu məqsədlə UNEC-in tanınmış alimləri professor Əvəz Ələkbərov, professor Nizami Xudiyev, dosent Bayraməli Qurbanov, dosent Tünzalə Qurbanova və kafedranın baş müəllimi Aynurə Hacıyevadan ibarət olan tədqiqat qrupu yaradılıb. Layihənin dəyəri 75.000 manat təşkil edir.
Layihənin məqsədi UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində alimlərin səyini artırmaq, sığorta xidmətləri bazarının inkişafına elmi töhfələr vermək və tədqiqatda iştirak edən UNEC alimlərini stimullaşdırmaqdır.