A

UNEC-də İsrail Azərbaycan Ticarət Palatası (IACCI) tərəfindən “Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik" Forumu keçirilib. 

Forumda IACCI-nin prezidenti Aleks Kaplun, elm və təhsil nazirinin müavini Həsən Həsənli və Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova açılış nitqi ilə çıxış ediblər.

Sonra valideynlik və erkən uşaqlıq dövrü təhsili sahəsində dünyada baş verən ən aktual problemlər müzakirə olunub. Art-terapiya və ailə terapiyası üzrə ekspertlər və israilli mütəxəssislər uşaq psixologiyası, erkən terapiya, valideynliyə müasir qərb yanaşmaları barədə təqdimatlar ediblər.

TOP XƏBƏRLƏR