Almaniyanın KSİ Bochum Universiteti UNEC müəllimlərinin innovativ təhsil metodları üzrə hazırlanmasına fəal dəstək verir.
Bu istiqamətdə “Xarici dillərin metodik tədrisinin təşkili” adlı hibrid təlim keçirilib. Təlimi KSI Bochum GmbH-nin dosenti Rasim Sadıxov aparıb və seminar təşkilatçılar, həmçinin iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Adı çəkilən təlim həm onlayn, həm də ənənəvi formatlarda tədris olunan interaktiv metodların inkişafına və qeyri-eksklüziv elmlərin səmərəli təşkilinə yönəldilib. Bu təşəbbüs müasir tədris metodlarının istifadəsini genişləndirməyi və interaktiv onlayn tədrisi təşviq edir.
Təlimlərlə bağlı KSİ Bochum Universiteti Linkedin səhifəsində paylaşım edərək, UNEC rəhbərliyinə və ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayevaya əməkdaşlıq üçün təşəkkürünü bildirib: “Gələcəkdə müəllimlərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq təlimlər keçiriləcək. Biz öz bilik və təcrübəmizi bütün dünya ilə bölüşməkdən və müəllim hazırlığının gələcək inkişafına töhfə verməkdən qürur duyuruq”.