A

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə Əlilliyi Olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konfrans keçirilib.

Konfransın açılışında UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova çıxış edərək, mərkəzin fəaliyyəti, görülən işlər və gələcək hədəflərdən, eləcə də inklüziv mədəniyyətin inkişafının cəmiyyətimizin ümumi rifahında rolundan bəhs edib.

Sonra Ombudsman aparatının Əliliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tanrıverdiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik şöbəsinin əməkdaşı Esmira Əliyeva, Vəkillər kollegiyasının üzvü Xəyalə Cəfərova, UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva, Müstəqil Həyat İB sədri Aydın Xəlilov, Psixosen Online Psixoloji dəstək platformasının təsisçilərindən Murad Mirzəyev və İntiqam Babayev çıxış edərək, öz sahələri üzrə bilik və təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Çıxış edənlər əlilliyi olan şəxslərin cəmiyyətə səmərəli inteqrasiyasının, inklüziv cəmiyyət üzrə qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycana gətirilməsinn, eləcə də təhsil müəssisələrinin potensialının artırılmasına davamlı dəstəyin göstərilməsinin önəmini vurğulayıblar.

TOP XƏBƏRLƏR