2023-cü ilin oktyabr ayınadək UNEC-ə məxsus 266 elmi əsər Scopus bazasında indekslənib.
Bu göstərici ötən illərlə müqayisədə ən yüksək rəqəmdir. Elmi əsərlərə olunan istinad sayı 250, öznəistinadsız 199, h-index isə 7 təşkil edib.
Cari il üzrə indekslənən elmi əsərlərin 63-ü Q1, 46-sı Q1-Q2, 24-ü Q2, 24-ü Q2-Q3, 50-si Q3, 6-sı Q1-Q2-Q3, 19-u Q3-Q4, 25-i Q4 kvartilli jurnallarda nəşr olunub.
Scopus bazasında indekslənən elmi əsərlərin 212-si elmi məqalə, 24-ü konfrans məruzəsi, 18-i kitab seriyası olmaqla, 80-i iqtisadiyyat, ekonometrika və maliyyə, 70-i biznes, menecment və mühasibat uçotuna, 59-u mühəndisliyə, 58-i enerjiyə, 58-i sosial elmlərə, 56-sı riyaziyyat, 54-ü ətraf mühit elmlərinə, 54-ü kompüter elmlərinə, 33-ü fizika və astronomiya, 28-i materialşünaslıq və s. aiddir.