A

9-cu Bakı Beynəlxalq Kitab Sərgisində UNEC alimləri tərəfindən hazırlanmış “Azərbaycanda Universitet-Dövlət-Sənaye əlaqələri: Kim nə istəyir” kitabının təqdimatı keçirilib. 

UNEC-in birinci daxili qrant müsabiqəsinin qalibi olan “Universitet-Dövlət-Sənaye əlaqələrində effektiv kommunikasiya problemi: Kim nə istəyir?” mövzusunda tədqiqat layihəsinin nəticələri əsasında yazılmış kitabın müəllifləri UNEC-in kafedra müdiri dosent Xətai Alıyev və Bakı Ali Neft Məktəbinin kafedra müdiri dosent Altay İsmayılovdur.

Təqdimat zamanı müəlliflər kitab barədə ətraflı məlumat verərək, tədqiqatın məqsədi, əhəmiyyəti və nəticələri barədə danışıblar. Eyni zamanda Universitet-Dövlət-Sənaye əlaqələrinin inkişafında beynəlxalq təcrübədən, ölkədə bilik əsaslı iqtisadiyyat quruculuğundan söz açıblar.

Çıxışlardan sonra suallar cavablandırılıb.

Qeyd edək ki, kitabları UNEC-in kitabxanalarında, eləcə də elektron kitabxanada (https://library.unec.edu.az/) oxumaq mümkündür. 

TOP XƏBƏRLƏR