YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının müasir Azərbaycanın inkişafındakı rolu” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi inkişafındakı, eləcə də yeni neft strategiyasının formalaşdırılmasındakı əvəzsiz xidmətlərindən söz açıb.
Sonra UNEC-in “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Nailə Əliyeva “Heydər Əliyevin neft strategiyasının müasir Azərbaycanın inkişafındakı rolu”, kafedranın baş müəllimi Tahirə Kərimova isə “Heydər Əliyev dövründə Azərbaycanın makroiqtisadi fəaliyyəti” mövzularında maraqlı təqdimatla çıxış ediblər.