A

UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurası tədqiqat mərkəzinin rəhbəri Nərgiz Hacıyeva Avropa Marketinq və Menecment Assosiasiyanın Qlobal Qadınlar Formuna Azərbaycandan nümayəndə seçilib.

EUMMAS Qadınlar forumu 80-dən çox xarici ölkədən xanım professorları, ekspertləri və tədqiqatçıları özündə birləşdirir və Azərbaycan ilk dəfə forumda təmsil olunacaq. 

2007-ci ildə təsis edilmiş Avropa Marketinq və İdarəetmə Assosiasiyası (EUMMAS) marketinq və menecment sahələrində tədqiqat və təhsilin təşviqinə yönəlmiş peşəkar təşkilatdır. EUMMAS marketinq və idarəetmə ilə bağlı fikir və anlayışların mübadiləsi, əməkdaşlıq və şəbəkə imkanlarını asanlaşdırmaq üçün alimlər, təcrübəçilər və siyasətçilər üçün forum təşkil etmək məqsədi daşıyır. EUMMAS öz üzvlərinə akademik jurnalların nəşri, konfrans və seminarların keçirilməsi, tədqiqat və təhsil resurslarına çıxış daxil olmaqla, bir sıra səmərəli xidmətlər təklif edir. EUMMAS Qadınlar Forumu akademik və biznes məsələlərində qadınların elmə, təhsilə və biznesə olan töhfələrini qiymətləndirən bir təşkilatdır.

Forumda UNEC Xanım Tədqiqatçılar Şurası tədqiqat mərkəzi beynəlxalq səviyyədə təmsil olunacaq. 

TOP XƏBƏRLƏR