UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Elektron resurslardan istifadə bacarıqları” mövzusunda növbəti təlim Maliyyə və Mühasibat fakultəsində keçirilib.
Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva keçirilən təlimlərin əsas məqsədinin UNEC-də təhsilalanların sənəd-informasiya resurslarına əlçatanlığının artırılması və tədqiqatların aparılmasına dəstək verməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Həmçinin UNEC kitabxanalarının cari fondunda yer alan aktual nəşrlər, oxuculara daha səmərəli xidmət məqsədilə yaradılan yeni imkanlar, o cümlədən, Mərkəz tərəfindən abunəliyi təmin edilmiş və açıq fəaliyyət göstərən tammətnli, bibliometrik və analitik məlumat bazalarından istifadə qaydaları haqqında təqdimatla çıxış edib.
Əsaslı kitabxananın müdir müavini Yusif Musayev isə elektron kataloq, elektron kitabxana və bir sıra bazalardakı axtarış imkanlarını nümayiş etdirib.
İnteraktiv formada keçirilən təlim zamanı tələbələrin sualları cavablandırılıb.