A

“UNEC-də kitab müzakirələri” tədbirləri çərçivəsində “Dizayn kafedrasının təşkilatçılığı, UNEC Library İnformation Center (KİM) dəstəyi ilə Dizayn kafedrasının baş müəllimi Gülçöhrə Salehzadənin təqdimatında “История дизайна. От викторианского стиля до ар-деко” (Н.Л.Кузвесова) və “Основы дизайна” (Дэвид Лауэр, Стивен Пентак) kitablarının müzakirəsi keçirilib.

Tədbiri UNEC Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova açaraq, təqdim olunan kitabların dizayn ixtisasında təhsil alan tələbələr üçün əhəmiyyətindən danışıb.

“Dizayn” kafedrasının müdiri dos. Elfanə Qasımova dizaynın tarixindən, inkişafından, incəsənətlə olan bağlılığından bəhs edib.

“Dizayn” kafedrasının baş müəllimi Gülçöhrə Salehzadə kitablarla bağlı professor-müəllim heyətinə və tələbələrə Viktoriya üslubundan ar-deko üslubuna kimi dizaynda baş verən inkişafdan və yeniliklərdən, dizaynın əsasını təşkil edən prinsiplərdən, əsas cərəyanlardan, ilk dizayn məktəblərindən ətraflı məlumat verib.

Sonda kitablar ətrafında geniş müzakirələr aparılıb və interaktiv oyun keçirilərək  ilk üç yeri qazanan tələbələr hədiyyə ilə mükafatlandırılıblar.

TOP XƏBƏRLƏR