A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl gələcək üçün rəqəmsal təhsil” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova UNEC-də fəaliyyət göstərən Tədqiqat mərkəzləri haqqında ətraflı məlumat verib, belə seminarların elmi əməkdaşlığın genişləndirilməsi üçün uğurlu platforma olduğunu vurğulayıb.

UNEC Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Ph.D Könül Kərimovanın moderatorluğu ilə keçirilən seminarda Qazaxıstanın Pavlodar Pedaqoji Universitetinin dosenti Aigul Akhmetova çalışdığı universitetdə tətbiq olunan “Yaşıl təhsil innovasiyaları” haqqında, eləcə də qeyri-plastik  ekoloji təmiz İD brasletlər haqqında məlumat verib.

Macarıstanın Szeged Universitetinin doktorantı, İndoneziya vətəndaşı İjtihadi Kamilia – Amalina ölkəsində tətbiq olunan rəqəmsal STEAM sisteminin xüsusiyyətləri və imkanları mövzusunda geniş təqdimatla çıxış edib.

Macarıstanın Szeged Universitetinin elmi işçisi Ph.D Soeharto Soeharto Yaşıl dünya ölkələrinin rəqəmsallaşma göstəriciləri haqqında ümumi məlumat verərək, beynəlxalq qiymətləndirmə siyahısının analizini diqqətə çatdırıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR