A

Ümumi fənlərin tədrisinin təşkili departamentində "İqlim dəyişmələrinin Azərbaycan üçün təhlükəsi, yaranan ekoloji problemlər və həlli yolları" mövzusunda seminar  keçirilib.

Tədbiri departamentin direktoru dos. Gülnarə Rzayeva açaraq, COP 29 tədbirinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Afaq Hacıyeva iqlim dəyişmələrinin mənfi təsirləri, Azərbaycanda mövcud ekoloji problemlər və onların həlli yolları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Çıxışlardan sonra mövzu ilə bağlı maraqlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR