UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində COP29 konfransına həsr olunan tədbir keçirilib.
Tədbirdə tədris işləri üzrə direktor müavini Kərim Mikayılov və tərbiyə işləri üzrə direktor müavini t.f.d. Murad Muradov çıxış edərək, tələbələrə 2024-cü ildə respublikamızın ev sahibliyi ilə keçiriləcək COP29 tədbirinin məqsədi və ölkəmiz üçün əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Sonra isə UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Səidə Sultanlı çıxış edərək, dünyada baş verən qlobal ekoloji problemlərdən, iqlim dəyişmələrinin ölkələrə, təsərrüfata və əhalinin sağlamlığına təsirindən danışıb.
Sonda iqlim dəyişikliyinə həsr olunan məlumatlandırıcı videoçarx nümayiş olunub.