A

UNEC-in “Azərbaycan dili”  kafedrasında  COP-29 -a  həsr olunan tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən ÜFTTD-nin direktoru, dosent  Gülnarə Rzayeva dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP-29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənov  "Yaşıl dünya naminə həmrəylik ili" və "Yaşıl UNEC" ili çərçivəsində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə iştirakçılara məlumat verib.

Tədbir kafedranın baş müəllimi Könül İbrahimovanın “Yaşıl dünya: Təbiət, insan, cəmiyyət ədəbi düşüncə konteksində”  mövzusunda  təqdimatı ilə davam edib.

TOP XƏBƏRLƏR