UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq “COP29: Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə hədəfləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının ixtisas rəhbəri dos. Təranə Əliyeva çıxış edərək, iqlim dəyişikliyi, hava şəraitinin kəskin dəyişməsi və təbii fəlakətlərin daha da artması ilə müşahidə olunan qlobal probemlərdən və bu istiqamətdə dünya dövlətlərinin qarşısında duran vəzifələrdən danışıb.
Sonra kafedranın professoru Rəsul Balayev iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin müzakirəsində önəmli platforma olan COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.