UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Qarabağda və Şərqi Zəngəzurda erməni ekoloji terroru” mövzusunda COP29-a həsr olunan tədbir keçirilib.
Tədbirdə dos. Adik Məmmədov geniş təqdimatla çıxış edərək, 30 il ərzində Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına qarşı aparılmış ekoloji terrordan və onun acı nəticələrindən danışıb. Hazırda ölkə rəhbərliyinin tapşıriğı ilə həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.
Təqdimatdan sonra iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb.