UNEC-in Rəqəmsal texnologiyalar departamentinin direktoru Zaur Əziz və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova Belarus Respublikasının Minsk şəhərində Belarus Rabitə və İnformasiya Nazirliyi tərəfindən təşkil olunan "TIBO 2024" XXX informasiya-kommunikasiya beynəlxalq forumunda və sərgidə iştirak ediblər.
Forumda “Rəqəmsal inkişaf: Süni zəka erası", “Süni intellekt: İnnovasiyanın inkişafı üçün tənzimləmə yanaşmaları”, “Rəqəmsal inkişaf problemlərinin həllində rəqəmsallaşma ofislərinin fəaliyyətinin rolu və perspektivləri”, “İKT bazarının tendensiyaları və innovasiyaları”, “İstehlakçı, sahibkar, süni intellekt: yeni rəqəmsal tərəfdaşlığın inkişaf perspektivləri”, “Rəqəmsal üfüqlər: Rəqəmsal əsrdə öyrənmə necə dəyişir”, “Elektron təhsil: Rəqəmsal iqtisadiyyat üçün kadrlar”, “Elektron mədəniyyət” mövzularında panel müzakirələr və sessiyalar keçirilib. Həmçinin, forum nəzdində təşkil olunan rəqəmsal sərgidə təhsil və İT sahələrində fəaliyyət göstərən şirkətlərin fəaliyyəti haqqında məlumat əldə edilib.