“UNEC-də kitab müzakirələri” silsilə tədbirləri çərçivəsində “Dizayn” kafedrasının və UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) təşkilatçılığı ilə kafedranın müəllimi Lidiya Safronovanın təqdimatında "Dizayn və reklam: nəzəriyyədən təcrübəyə" adlı kitabın müzakirəsi keçirilib.
Tədbiri UNEC Dizayn Məktəbinin direktoru dos.Lalə Məmmədova açaraq, kitab haqqında iştirakçılara geniş məlumat verib. Kitabın yalnız müvafiq fənlər üzrə dərslik kimi deyil, həmçinin dizayn və reklamın əsas istiqamətlərinə uyğun müstəqil nəşr kimi olduğunu diqqətə çatdırıb.
Kafedranın müdiri dos.Elfanə Qasımova qeyd edib ki, qrafik dizaynın əsaslarını öyrənərkən gələcək mütəxəssislər yalnız nəzəri materialı mənimsəməməli, həm də müvafiq praktik vərdiş və bacarıqları inkişaf etdirməlidirlər.
Kitabın təqdimatçısı və kafedranın müəllimi Lidiya Safronova kitabda dizayn-sənaye məhsullarının və intellektual fəaliyyət obyektlərinin dizaynı ilə yanaşı qrafik dizaynın kommunikativ vasitələrinə aid mövzuların yer aldığını bildirib.
Təqdimat kitab ətrafında müzakirələrlə davam edib.