A

UNEC-də “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Ramil Sadıqovun həmmüəllifi olduğu  “Tətbiqi ekologiya” adlı kitabın müzakirəsi keçirilib.

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının təşkilatçılığı, UNEC Kitabxana İnformasiya Mərkəzinin dəstəyi ilə baş tutan müzakirədə kafedranın müəllimləri və Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

“Kitab müzakirəsi” layihəsi çərçivəsində keçirilən tədbirdə  dos. Ramil Sadıqov kitab haqqında geniş çıxış edərək, onun fəsillərində bəhs olunan vacib məsələlər haqqında ardıcıllıqla məlumat verib.

Ekologiya mühəndisliyi ixtisasının rəhbəri dos. Mövlud Hüseynov çıxış edərək, təqdim olunan kitabın tələbələr üçün əhəmiyyətindən söz açıb, xüsusilə ölkəmizdə keçirilən COP29 tədbirini nəzərə alaraq belə bir mövzuda kitabın təqdim olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Kafedranın müəllimləri b.m. Vüsalə Musayeva, dosentlər Oqtay Məmmədov, Fəridə Quliyeva, Azər Hüseynov, Lalə Quliyeva kitabın əhəmiyyətindən danışaraq, müvafiq ixtisas üzrə təhsil alan tələbələrin peşəkar mühəndis kimi yetişməsindəki rolundan danışaraq, xüsusilə qlobal iqlim dəyişikliyi fonunda ekoloji problemlər nəzərə alınmaqla bu istiqamətdə yeni tədris vəsaitlərinin yazılmasının vacibliyindən bəhs ediblər.

Sonda kitabla bağlı suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR