UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə COP 29 çərçivəsində növbəti tədbir keçirilib.
UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi ilə birgə keçirilən tədbirdə BMT-nin karbon neytrallığı, iqlim dəyişikliyi, qlobal istiləşmə və ətraf mühit kimi qlobal məqsədləri barədə müzakirə iştirakçılarına ətraflı məlumat verilib.
Sonra universitet kampuslarında karbon neytrallaşdırmanı həyata keçirən qlobal universitetlər şəbəkəsi olan Smart Campus Cloud Network-un (SCCN) ideya müəllifi və direktoru ilə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.