A

UNEC-in “İqtisadiyyat” kafedrasının təşəbbüsü, İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Yaşıl UNEC” ilinə həsr olunmuş növbəti tədbir keçirilib.

Seminarın açılışında İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Elçin Eyvazov, Rus iqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov çıxış edərək, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP 29 tədbirinin ölkəmiz və bütün dünya üçün əhəmiyyətindən danışıblar.

Sonra Qazaxıstan Respublikası Lev Qumilyov adına Avrasiya Milli Universitetindən UNEC-ə tədqiqatçı qismində qonaq gələn “Turizm” kafedrasının professoru Seydualin Darken Amangeldinoviç “Ulutau təbiət parkında ekoturizmin inkişafının idarə edilməsi” (“Управление развитием экотуризма в природном парке Улытау”) mövzusunda təqdimatla çıxış edib. Qazaxıstanlı professorun müasir ekoloji problemlərlə bağlı çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

Seminarda iştirak edən “İqtisadiyyat” kafedrasının müdiri, dos.Suqra Hümbətova mövcud ekoloji problemlərin qarşılıqlı tədqiqatlar aparılmaqla həlli yollarından danışıb.

TOP XƏBƏRLƏR