UNEC-in Tələbə İşləri Mərkəzinin Tələbə şöbəsinin əməkdaşı Nailə Hüseynovanın COP29-a həsr olunan “Moda sənayəsinin ətraf mühitə təsiri: Davamlılığın zəruriliyi” ("The Environmental Impact of Fashion Industry: The Necessity of Sustainability") adlı məqaləsi Azərbaycan Elm Mərkəzinin beynəlxalq “Elmi iş” jurnalında dərc olunub.
Məqalədə moda sənayesinin müxtəlif sahələr üzrə ətraf mühitə təsirləri qlobal iqlim dəyişikliyi kontekstində dərin təhlil edilib, həmçinin təbii resursların səmərəli istifadəsi və istehsal proseslərinin optimallaşdırılması məsələlərinə toxunulub. Eləcə də moda sənayesinin gələcəyinə dair müsbət dəyişikliklərə və ekoloji məsuliyyətin artmasına yönəlik praktiki həllər verilib.