Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Erasmus+ proqramının Jean Monnet Modul fəaliyyətinin həyata keçirdiyi "Avropa İttifaqında Effektiv Layihə İdarəetməsi: Ən Yaxşı Təcrübələr və Nümunələr" (EUPMO) layihəsi çərçivəsində "Avropa İttifaqı layihələrinin idarəedilməsində risklərin idarə olunması" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Avropa İttifaqı layihələrinin icrasında rast gəlinən əsas risklər, bu risklərin qiymətləndirilməsi və idarə olunması üsulları müzakirə olunub. Ekspertlər layihələrin hər mərhələsində - hazırlıq, icra və yekunlaşdırma prosesində ortaya çıxan potensial problemlərin qarşısının alınması üçün strategiyaların hazırlanmasının əhəmiyyətini vurğulayıblar. İştirakçılar risklərin idarə edilməsində innovativ yanaşmalar və qabaqcıl təcrübələr haqqında fikir mübadiləsi aparıblar.