A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə akademik əməkdaşlığın genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin “Azərbaycan dili” kafedrası ilə onlayn elmi seminar keçirilib.

Seminarda Çin Xalq Respublikasının Pekin Xarici dillər Universitetinin “Azərbaycan dili” kafedrasının qurucusu və müdiri, Çin Sosial Elmlər Akademiyasının üzvü Aqşin Əliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Qüdsiyyə Qəmbərova, UNEC Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva, “Azərbaycan dili” kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov və kafedra müəllimləri iştirak edib.

Müzakirələr zamanı Azərbaycan dilinin xarici tələbələrə tədrisi, bu sahədə mövcud problemlər və onların həlli yolları, habelə dilin daha effektiv öyrədilməsi üçün müasir metodik yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, eyni zamanda, gələcək əməkdaşlıq çərçivəsində birgə dərsliklərin hazırlanması, elmi məqalələrin yazılması və akademik mübadilə proqramlarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.

TOP XƏBƏRLƏR