UNEC-də "Onlayn görüşlərin və tədbirlərin idarə edilməsi" mövzusunda təlim keçirilib.
Təlimdə UNEC Rəqəmsal Texnologiyalar Departamentinin Ekstern mərkəzinin baş mütəxəssisi Bənövşə Abdullayeva iştirakçılara onlayn görüşlərin və tədbirlərin səmərəli idarə olunması, texniki platformaların düzgün istifadəsi, tədbir zamanı qarşıya çıxa biləcək texniki problemlərin həlli yolları və iştirakçıların aktivliyinin artırılması kimi mövzularda ətraflı məlumat verib.
Təlim zamanı "Zoom", "Microsoft Teams" və "Google Meet" kimi platformaların funksiyaları müqayisə olunub, praktiki nümunələr göstərilib. Eyni zamanda, iştirakçılara virtual tədbirlərin planlaşdırılması, qeydiyyat prosesinin təşkili və geri bildirimlərin toplanması barədə də tövsiyələr təqdim olunub.