Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlar üçün “Konfliktlərin idarə edilməsi və ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil olunub.
Təlimi UNEC-in “Biznes və logistika” kafedrasının baş müəllimi Aynur Zeynalova aparıb. O, iştirakçılara konfliktlərin yaranma səbəbləri, onların effektiv şəkildə idarə olunması yolları, eləcə də iş mühitində sağlam ünsiyyətin qurulması və komanda daxilində qarşılıqlı anlayışın artırılması ilə bağlı praktik tövsiyələr verib.
İnteraktiv müzakirələrlə davam edən təlimdə iştirakçılar müxtəlif situativ nümunələr əsasında öz təcrübələrini bölüşüblər və təkliflər irəli sürüblər.
Təlimin məqsədi UNEC əməkdaşlarının kommunikasiya bacarıqlarını gücləndirmək və münaqişəli situasiyalarda düzgün yanaşma metodlarını formalaşdırmaq olub.