A

UNEC-in 95 illik yubileyi münasibətilə Zaqatala filialında “UNEC 95: Zaqatala filialının inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdən öncə konfrans iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Zaqatala şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

UNEC Zaqatala filialının direktoru dosent Raqif Qasımov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, konfransın əhəmiyyəti və UNEC-in regionda inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O, “UNEC Zaqatala filialının gələcək strateji inkişaf məqsədləri” mövzusunda çıxış edib.

Konfransda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev, UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov, Mingəçevir Dövlət Universitetinin rektoru, i.f.d., dosent Anar Eminov, Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova, UNEC-in Tədqiqat Mərkəzlərinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova, həmin şöbənin baş mütəxəssisi Natavan Cəfərova və Kapital Bank Zaqatala filialının müdiri Emil Heydərov iştirak ediblər.

Konfransın əsas məqsədi UNEC-in 95 illik yubileyi çərçivəsində region universitetlərinin inkişaf perspektivlərini, yeni strateji çağırışları və elmi fəaliyyətin effektiv təşkili istiqamətlərini müzakirə etmək olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay