A

Azərbaycan Dövlət İqtisad Universitetində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Yeni texnologiyalarla təhsilin transformasiyası” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova müasir təhsil sistemində yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıb.

Seminarın moderatoru - UNEC Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Könül Kərimova təhsil texnologiyalarının bizim öyrətmə və öyrənmə tərzimizi dəyişdiyini bildirib. Qeyd edib ki, təhsildə yeni texnologiyanın tətbiqi həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də gənc nəslə İKT-nin mənimsənilməsi üçün şərait yaradır.

Seminarın məruzəçisi, Macarıstanın   Szeged Universitetinin professoru Gyongyver Molnar təqdimatla çıxış edərək bildirib ki, bu gün təhsil texnologiyaları təkcə biliyə çıxışı asanlaşdırmır, həm də tədris və təlim proseslərini yenidən müəyyənləşdirir. Lakin uğurlu nəticələr əldə etmək üçün onun həyata keçirilməsi məqsədyönlü və strateji planlaşdırma ilə aparılmalıdır.

Tədbirin sonunda seminar iştirakçıları arasında yeni texnologiyaların təhsilə inteqrasiyası istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Seminarı izləmək üçün:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay