A

UNEC Rus İqtisad Məktəbinin tərkibində fəaliyyət göstərən “Tətbiqi iqtisadiyyat” kafedrası tərəfindən “Konstitusiya və suverenlik” ilinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri kafedranın müdiri, dosent Sevinc Abbasova açaraq Konstitusiyanın iqtisadi parametrlərinə toxunub. O, 1995-ci il Konstitusiyasının iqtisadi müddəalarının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Dəyirmi masada ixtisas rəhbərləri Mehriban Səmədova, Lalə Həmidova, dosent Tahirə Kərimova və digər müəllimlər çıxış ediblər. Çıxışlarda iqtisadi müstəqillik olmadan tam suverenliyə nail olmağın mümkünsüzlüyü vurğulanıb, Azərbaycanın həm xarici, həm də iqtisadi siyasətində tam müstəqilliyə nail olduğu qeyd edilib.

Tədbir iştirakçıları Konstitusiyanın dövlətin siyasi, sosial və iqtisadi əsaslarını müəyyən edən ali hüquqi sənəd kimi əhəmiyyətini yüksək qiymətləndiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay