A

“Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin növbəti dinləmələri keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin  direktoru, professor  Sakit Yaqubov “Elm aylığı”na aid tədbirlər planı ilə iştirakçıları tanış edib. Bildirib ki, “Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir. Tədbirlər planı çərçivəsində UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsinın keçirildiyini diqqətə çatdıran S.Yaqubov onları müsabiqədə aktiv iştirak etməyə çağırıb.UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnsitutunun (İAETİ) elmi katibi Rafail Rzayev Jan Tirolun həyatı və elmi fəaliyyəti haqqında təqdimatla çıxış edib. Məruzəçi J.Tirolun Nobel mükafatına layiq görüldüyü “bazar hakimiyyəti və tənzimləmənin təhlili” elmi işinin əsas məqamlarından danışıb. Qeyd edib ki, Jan Tirol antiinhisar tənzimlənməsi və işgüzar nüfuzun iqtisadiyyata təsiri nəzəriyyəsinə dair 100-dən çox əsərin müəllifidir. Təqdimatda J.Tirolla əməkdaşlıq edən dünyanın görkəmli alimlərinin onun haqqındakı fikirləri də səsləndirilib.UNEC-in rəsmi facebook səhifəsindən canlı yayımlanan tədbir müzakirələrlə davam edib.Qeyd edək ki, UNEC-də oktyabr-noyabr aylarında “Elm aylığı” çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Ölkənin tanınmış elm xadimlərinin də qatıldığı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçirilir, elmi müzakirələr aparılır. Proqrama uyğun olaraq, “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi də keçiriləcək.

“Elm aylığı”na noyabrın 10-da “Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü”ndə yekun vurulacaq. Tədbirdə UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması olacaq.

TOP XƏBƏRLƏR