UNEC-in Rus İqtisad Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı UNEC-in tədbirlər planı çərçivəsində keçirilən tədbirdə Rus İqtisad Məktəbinin direktor müavini, dosent Anar Eyyubov məruzə ilə çıxış edib. A.Eyyubov cümhuriyyət dövrünün iqtisadi siyasətindən bəhs edib, bu sahədə yaranan problemlərdən söz açıb.
Tədbirdə AXC dövrünü əks etdirən videoçarx nümayiş olunub.
Sonda Rus İqtisad Məktəbində keçirilən elmi konfransın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.