UNEC-də “İdeyadan məqaləyə: tədqiqat mövzusunu necə seçməli?” mövzusunda təlim keçirilmişdir. Professor-müəllim heyəti, doktorant və dissertantları üçün Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti tərəfindən təşkil edilmiş təlim QS beynəlxalq reytinq mövqeyinin yaxşılaşdırılması məqsədilə tədbirlər planı çərçivəsində keçirilmişdir.
Giriş nitqi ilə çıxış edən Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri Turan Süleymanov təlimin zəruriliyi barədə danışmışdır. Daha sonra EFTİ departamentinin əməkdaşı Şəfa Əlizadə hər həftə SCOPUS indeksli konfranslar haqqında məlumatların saytda yerləşdirilməsi, ingilis dili maneəsinin aşılması məqsədi ilə seçilmiş məqalələrin tərcüməsinin təmin olunması və gələcəkdə bu elmmetrik bazaya daxil olan məqalələrin çap etdirilməsi imkanları haqqında geniş məlumat vermişdir.
Məruzəçi Xətai Alıyev ideyanın formalaşdırılması, ideyanın saflaşdırılması və ilkin tədqiqat planının hazırlanması haqqında geniş məlumat vermişdir. Təlimdə iştirak edən professor-müəllim heyəti tərəfindən məruzə böyük maraqla dinlənmişdir. Təlim qarşlıqlı şəkildə müzakirələr və disskusiyalar əsasında davam etmişdir.