×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in Rus İqtisad Məktəbində “Azərbaycan iqtisadiyyatı vergi sistemində keçirilən islahatlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada RİM-nin işçi heyəti və İqtisadiyyat (rus dilində) kafedrasının ixtisas rəhbərləri iştirak edib. Müzakirənin əsas mövzusu son zamanlar vergi sistemində keçirilən islahatlar və onların sosial-iqtisadi effekti olmuşdur. 

Əsas məruzəçi kimi Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov cıxış edib. O, keçirilən islahatların mahiyyətindən söz açaraq islahatlardan əvvəl və sonra olan iqtisadi durumun müqayisəli təhlilini aparıb. 

Müzakirə zamanı Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov kölgə iqtisadiyyatının bu islahatlar vasitəsi ilə ləğv olunması, gəlir və əmlak vergilərinin təkmilləşdirilməsi üzrə dəyərli təkliflərini irəli sürüb.

Bundan əlavə, maliyyə ixtisasının rəhbəri dosent Rauf Quşxani və İqtisadiyyat (rus dilində) kafedrasının dosenti Vaqif Quliyev həyata keçirilən yeniliklərin pensiya sisteminə təsirindən və bu sahədə mümkün inkişaf alternativlərindən bəhs ediblər. 

TOP XƏBƏRLƏR