A

Azərbaycan Respublikası Prezidentinin 27 mart tarixinin ölkədə “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamını rəhbər tutaraq, UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə “Elm aylığı”nın keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.

Tədbirlər planına uyğun olaraq, UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrası “Gənc maliyyəçilər” klubu ilə “Milli iqtisadiyyatın sabit inkişafında maliyyə institutlarının rolu” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirk edib.

Kafedranın müdiri, professor Əvəz Ələkbərov, UNEC-in tədqiqat universitetinə çevrilmək istiqamətində qarşısına qoyduğu hədəflərdən danışıb.  Tələbələrlə elmi müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayan professor, onların elmə marağının artırılması məqsədilə universitetdə beynəlxalq elmi müsabiqələrin keçirildiyini, konfransların təşkil olunduğunu bildirib.

Tədbirdə gənc maliyyəçilərə milli iqtisadiyyatın sabit inkişafında maliyyə institutlarının rolu barədə ətraflı məlumat verilib, Kiçik və Orta Sahibkarlıq subyektlərində maliyyə savadlılığının artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Sonda müzakirələrdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR