A

“IGI Global”ın Azərbaycan üzrə koordinatoru Sinan Tan bu gün UNEC-də qonaq olub.

Görüşdə UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, prof. Sakit Yaqubov, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, prof. Yadulla Həsənli, UNEC Elektron İdarəetmə Mərkəzinin direktoru, dos. Zöhrə Həsənova, UNEC rektorunun müşaviri dos. Elşən Bağırzadə, UNEC 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova, UNEC Əsaslı Kitabxanasının müdiri Nəzifə Bəxtiyarova iştirak ediblər.

Görüşdə Sinan bəy “IGI Global” haqqında geniş məlumat verərək bildiri ki, təsisat akademik sahədə müasir tələblərə cavab verən, elmin ən son nailiyyətlərini öz nəşrlərində əks etdirən beynəlxalq nəşriyyatdır. Massaçusets Texnologiya İnstitutu, Harvard Universiteti, Stenford Universiteti, Kembridc Universiteti, Oksford Universiteti, Tsingua Universiteti, Avstraliya Milli Universiteti və digər aparıcı universitetlərin ekspert tədqiqatçıları ilə əməkdaşlıq edən “IGI Global” şirkəti 11 elmi istiqamətdə 350-dən çox mövzunu əhatə edən keyfiyyətli akademik resursunu təqdim edir.

Görüş maraqlı müzakirələr, fikir mübadiləsi, təkliflər ilə davam edib.    

TOP XƏBƏRLƏR