Rus İqtisad Məktəbində növbəti elmi seminar keçirilib.
Seminarda i.e.d., prof. Rüfət Qasımov "Bizə hansı elm lazımdır?" mövzusunda çıxış etdi, elmin formalaşması tarixinə, onun fundamental və praktiki tərəflərinin xarakteristikalarına toxundu. Ölkələr üzrə müqayisəsinə və Azərbaycanda elmin müasir vəziyyətinin təhlilinə dair maraqlı, elmi diskussiya doğuran müddəaları irəli sürdü. Mövzuya dair öz fikirlərini RİM direktoru, dos. M.Bərxudarovla bahəm, prof. M.İbrahimov, dos. N.Qurbanov, A.Babayev və başqaları Azərbaycan elminin müasir elmi tendensiyalar və tələblərə cavab verməsi üçün atmalı olduğu addımlar, bu əsaslı dəyişikliklər kontekstində təhsilin rolu və yeri barədə təkliflərini irəli sürdülər.