UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova “Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
“Y-Lex consulting” şirkətinin təşkil etdiyi konfransda S.Məhsimova “Əlilliyi olan gənclərin sahibkarliq fəaliyyətinin gücləndirilməsində inklüziv mühitinin yaradılması” movzusunda cıxış edib. Həmcinin UNEC-də əlilliyi olan tələbələr üçün yaradılan inklüziv təhsil mühiti barədə konfrans iştirakçılarını məlumatlandırıb.