×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-4310dae366ab40d7e3b94bf0a5369de7.php


A

UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə Türkiyənin  Ankara şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutu (ECOEI) tərəfindən keçirilən konfrans “Ortaq Tarix, Mədəniyyət, Təhsil və Sivilizasiya” mövzusunda olub. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən 90-a yaxın alimin iştirak etdiyi konfransda dosent Elşən Bağırzadə elmi məruzə ilə çıxış edib. Elşən Bağırzadə “Kəmər və Yol Təşəbbüsü: Türk Respublikaları üçün bir iqtisadi Qiymətləndirmə ” adlı məruzəsində Çin tərəfindən irəli sürülən “Kəmər və Yol Təşəbbüsü”nün Türk Respublikaları üzərindəki iqtisadi təsirlərindən, bu respublikalar üçün yaratdığı iqtisadi imkanlardan və risklərdən danışıb.

TOP XƏBƏRLƏR