A

UNEC-də “Azərbaycanda monetar-fiskal siyasətin təkmilləşdirilməsində innovativ metodların tətbiqi” mövzusunda elmi seminar keçirilib.

“Maliyyə və maliyyə institutları” kafedrası ilə Gənc Maliyyəçilər Elmi Klubunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kafedranın professor-müəllim heyəti və maliyyə ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Kafedra müdiri, professor Əvəz Ələkbərov ölkədə monetar-fiskal siyasətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan söz açıb. Maliyyə dayanıqlığının təmin edilməsi və risklərin idarə olunması tədbirlərinin daha da gücləndirilməsi məqsədilə ölkədə fiskal siyasətin yeni şəraitə uyğunlaşdırılıdığını bildirən professor, bu sahədə innovativ metodların tətbiqinin vacibliyini vurğulayıb. Ə.Ələkbərov tələbələrin öz sahələri üzrə tədqiqat aparmalarını yüksək qiymətləndirərək, onların gələcəkdə peşəkar mütəxəssis kimi yetişmələrində tədqiqatçılıq bacarıqlarının mühüm rol oynayacağını diqqətə çatdırıb.

Sonra maliyyəçi tələbələr monetar-fiskal siyasətin müxtəlif istiqamətləri üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda fiskal siyasətdə innovativ metodların tətbiqinin ölkə və dünya təcrübəsindən danışılıb, onun iqtisadiyyatın inkişafına və maliyyə dayanıqlığının təmin olunmasına təsirləri açıqlanıb.

Sonda uğurlu təqdimatla çıxış edən tələbələrə sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR