UNEC əməkdaşları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarında iştirak ediblər.
UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrası və Tədris Metodik Mərkəzinin təşəbbüsü ilə universitetin 22 mütəxəssisinə xəzinədarlıq, büdcə uçotu, maliyyə bazarları, maliyyə menecmenti, bankçılıq və sığorta sahəsinin aktual problemləri mövzusunda bir həftəlik ixtisasartırma kursları təşkil olunub.
Kurslarda Maliyyə Elm-Tədris Mərkəzinin direktoru, dosent Elman Hüseynov, nazirliyin əməkdaşları, “Maliyyə və maliyyə institutları” kafedrasının dosentləri Zöhrab İbrahimov və Azər Qarayev müvafiq ixtisaslar üzrə iştirakçılara mühazirələr oxuyublar, praktiki işlərin təşkili ilə bağlı seminarlar təşkil ediblər.
Kursun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.