×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görkəmli publisist, tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.

Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi”nin keçirilməsi barədə imzaladığı Sərəncamın əhəmiyyətindən söz açıb. Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışan prorektor bildirib ki, böyük mütəfəkkir 19-cu əsrin sonlarından 1920-ci ilədək Azərbaycanda, sonra isə Türkiyədə siyasi fikrə istiqamət verən şəxslərdən, ideoloqlardan biri olub.  

Tədbirdə “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov alimin apardığı milli mücadilənin müxtəlif aspektlərindən, onun tədqiqatçı, hüquqşünas, müxbir, millət fədaisi kimi türk birliyi və müstəqillik yolunda atdığı tarixi addımlardan söz açıb.

Kafedranın dosenti Hümeyrə Mustafayeva alimin multikultural ideyaları, baş müəllim Leyla Nəzirzadə isə siyasi-ideoloji görüşləri barədə fikirlərini bölüşüblər. Çıxışlarda Ə.Ağaoğlunun daim milli mübarizə hərəkatının önündə olduğu, alimin bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumlarının, insan azadlığının, qanunun aliliyinin xüsusi yer tutduğu vurğulanıb. Tədbirdə Əhməd bəy Ağaoğlunun multikulturalizm ideyalarının təməlini təşkil edən “Üç mədəniyyət” əsəri də geniş təhlil olunub.

TOP XƏBƏRLƏR