A

UNEC-in gənc tədqiqatçılarının həmmüəllifi olduqları elmi məqalə Web of Science elmi məlumat bazasına daxil olan Financial and credit activity: problems of theory and practice“ (2020Vol. 2, No 33, s. 48-57) elmi nəşrində dərc olunub.

"Maliyyə və maliyyə institutları" kafedrasının doktorantı, i.ü.f.d Fəxri Mürşüdlü və "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasının dissertantı Erkin Dilbazinin həmmüəllifi olduqları məqalə İnkişaf etməkdə olan ölkələrdə bank biznesinin beynəlmiləlləşməsi (Azərbaycan və Ukraynadan baxış) mövzusunda olub.

Məqalədə bank bizneşinin beynəlmiləlləşməsinin inkişaf etməkdə olan ölkələrin, ilk növbədə post-kommunist dövlətlərin maliyyə bazarlarına təsiri araşdırıllb. Məqalənin yeniliyi, nəzəri və ekonometrik alətlərdən istifadə edərək Azərbaycan və Ukraynadakı bank sistemlərinin beynəlmiləlləşməsinin müqayisəli təhlilindən ibarətdir. Xarici bankların inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki payının müqayisəsinə əsaslanaraq, qlobal maliyyə böhranı ərəfəsində inkişaf etməkdə olan ölkələrdə beynəlxalq bank biznesinin fundamental  genişlənməsinin olduğu və bunun mənfi nəticələrinin yayılmasında ağırlaşdırıcı bir amil kimi xidmət etdiyi qənaətinə gəlinir. VaR-modelləşdirilməsindən istifadə etməklə bu fərziyyələrin empirik şəkildə təsdiqlənməsi xarici ticarət siyasətinin növündən asılı olan beynəlxalq bankçılığın bank sisteminin vəziyyətinə əhəmiyyətli təsirini əsaslandırdı.

TOP XƏBƏRLƏR