A

UNEC-in Mühəndislik fakültəsində “20 yanvar faciəsi xalqımızın tarixində azadlıq mübarizəsidir” mövzusunda ictimai mühazirə keçirilib.

Fakültənin dekanı vəzifəsini icra edən dosen Elçin Səmədov tədbiri açaraq, 31 il bundan əvvəl – 19 yanvar 1990-cı il tarixdə axşam saatlarından başlayaraq, Sovet ordusunun xüsusi təyinatlı bölmələri və daxili qoşunları tərəfindən Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarına qarşı yönəldilmiş hərbi cinayətdən söz açdı. Bunun insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacağını vurğulayan E.Səmədov, qanlı yanvar hadisələrinin müasir Azərbaycanın azadlığı və müstəqilliyinə doğru gedən yolun  başlanğıcı olduğunu deyib.

20 yanvar hadisələrinin milli iradəmizin zəfər çaldığı gün kimi xalqımızın tarixində yazıldığını bildirən Humanitar fənlər kafedrasının professoru Abbas Seyidov  həmin hadisələrə ilk olaraq ümummilli lider Heydər Əliyevin güclü siyasi iradəsi nəticəsində hüquqi qiymət verildiyini vurğulayıb.

Humanitar fənlər kafedrasının müdiri prof. Vəkil Həsənov, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri prof. Rövnəq Rzayev, dosent Tofiq Osmanov və başqaları baş verən hadisələrlə bağlı öz xatirələrini  bölüşüblər, 20 yanvar hadisələrinin Azərbaycan xalqının mərdliyinin və milli iradəsinin bariz nümunəsi olduğunu, məğrur xalqımızın ən çətin sınaqlardan üzüağ çıxdığını sübut etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdılar. 

TOP XƏBƏRLƏR