Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “SCOPUS indeksli jurnalların axtarış qaydaları” mövzusunda onlayn seminar keçirilib.
Seminarının əsas məqsədi – Scopus biblioqrafik verilənlər bazasına daxil edilən məqalələrin nəşri üçün düzgün jurnalların seçilməsi qaydaları barədə universitetin professor-müəllim heyətini maarifləndirmək olub.
Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova “UNEC-in beynəlxalq reytinq sıralamasında mövqeyinin yaxşılaşdırılması məqsədilə” təsdiq olunmuş Tədbirlər Planında müvafiq bəndinə diqqət çəkərək, bu mənada seminarın aktuallıq kəsb etdiyini iştirakçıların nəzərinə çatdırıb.
“SCOPUS indeksli jurnalların axtarış qaydaları” mövzusunda təqdimatla çıxış edən UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri r.f.d. Ülviyyə Rzayeva beynəlxalq elmi informasiya məkanında nəşrlərin təşviqi və elmi tədqiqat nəticələrinin elmi kommunikasiya sisteminə daxil edilməsi üçün əsas addımların nədən ibarət olduğunu seminar iştirakçıları ilə bölüşüb, məqalənin mövzusuna dair jurnallar və onlar haqqında məlumatın axtarılması qaydalarını təqdim edib.
Təqdimatın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.