Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Lütfi Zadənin 100 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə kollecin direktoru dosent Oruc Məmmədov çıxış edərək Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamını və sərəncamın icrası ilə bağlı AMEA ilə Təhsil Nazirliyinin birgə tədbirlər planını diqqətə çatdırıb.
Sonra kollecin Ümumtəhsil fənn birləşmə komissiyasının sədri Mehriban Hüseynova geniş məruzə ilə çıxış edərək Lütfi Zadənin həyat və fəalliyyəti haqqında, Lütfi Zadə fenomeninin formalaşması, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi və ümumiyyətlə 6 mühüm nəzəriyyələri haqqında məlumat verib.
UNEC rektorunun kolleclər üzrə məsləhətçisi professor Nuru Mikayılov Lütfi Zadənin dünya elminə verdiyi töhfələrdən danışıb.
Kollecin direktor müavini Murad Muradov, şöbə müdirləri Nəzrin Quliyeva və İlham Abbasov Lütfi Zadənin elmi nəzəriyyələrinin istehsalatda, xüsusilə iqtisadiyyatda tətbiqindən söz açıblar.
Sonda Lütfi Zadənin həyatı, fəaliyyəti və Azərbaycanla əlaqələrindən bəhs edən vedioçarx nümayiş olunub.